azia.az
azia.az

Sağ qaldı, 1 saat sonra....-Dəhşətli qəzadan yeni xəbər

21-06-2024, 15:46

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olan İranın Təbrizin Cümə imamı Seyid Məhəmməd Əli Al-Haşimin qəzadan sonra bir saat ərzində huşu özündə olub.

Azia.az blogu oxu.az-a istinadən xəbər verir ki, bunu İranın Kritik Vəziyyətlərin İdarə Edilməsi üzrə Dövlət Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami deyib.

"Təbriz imamı Ayətullah Al-Haşimin meyiti digər qurbanlara nisbətən daha yaxşı vəziyyətdə olub və daha az yanıb. O, helikopter qəzasından sonra bir saat yaşayıb", - deyə Nami bildirib.

O qeyd edib ki, imam hətta İran Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili ilə telefonla əlaqə saxlamağa nail olub.

Helikopterdə qalan yeddi nəfər, o cümlədən Prezident Rəisinin özü, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti, həmçinin təhlükəsizlik işçiləri və ekipaj üzvləri hadisə yerində ölüblər. Onların meyitlərində ciddi yanıq izləri olub və DNT testi aparılmadan şəxsiyyətlərini müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi