azia.az
azia.az

Manatı yaxın vaxtlarda nə gözləyir? - Yeni proqnozlar

3-02-2017, 21:00

Manatı yaxın vaxtlarda nə gözləyir? - Yeni proqnozlar

"Dolların ucuzlaşması, manatın möhkəmlənməsi və ya sabitləşməsi müvəqqəti xarakter daşıyır. Bu ilin əvvəlindən bir qayda olaraq manata təzyiq az olur. Bunun da səbəbi büdcə vəsaitlərinin hələ ki, iqtisadiyyata yönəldilməsi ilə bağlıdır”.

Bu barədə BakiPost.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, büdcə vəsaitləri əsasən sosial xərclərə ayrılır: "Yəni fevraldan başlayaraq investisiya xarakterli vəsaitlər iqtisadiyyata yönəldilir. Bundan sonra manata təzyiq artmağa başlayıb. Mən düşünürəm ki, manatın möhkəmlənməsi və ya sabitləşməsi müvəqqəti xarakter daşıyır.

Nəzərə alaq ki, Neft Fondu hərraca əvvəlkindən az - 25 milyon dollar çıxarır. Halbuki əvvəl daha çox çıxarırdı. Yəni bu gün tələbat ödənmədiyi bir halda hərraca çıxarılan dolların həcminin azaldılması onu deməyə əsas vermir ki, artıq dollara tələbat tam ödənilib. Hələ ki, Azərbaycanda dollar təminatı yeganə olaraq Neft Fondu tərəfindən həyata keçirilir. Digər mənbələr olmadığı üçün bu gün artıq Neft Fondunun çıxardığı vəsaitin həcmi bazara təsir göstərir. Biz diqqət yetirsək görərik ki, 2016-ci ildə dollar manata nisbətdə 13 faiz, yanvar ayında isə 8 faiz bahalaşıb”.

Samir Əliyev deyib ki, hazırda yumşaq ucuşlaşma gedir: "Neft Fondundan ayrılan vəsait imkan verir ki, Mərkəzi Bank borc öhdəliklərini yerinə yetirsin. Bura daha çox Beynəlxalq Bankın, dövlətin borcları daxildir. Bunu ona görə edir ki, bazara müdaxilə olmasın. Bazardan geri dollar alınmasın. Bazarda sırf banklar tərəfindən tələbat yaranıb. Yəni bir tərəfdən büdcə xərcləmələrinin olmaması, digər tərəfdən idxalın çox az olması. Hələ ki, idxal başlamayıb. Düşünürəm ki, bunun özü də dollara tələbatı azaldıb”.

İqtisadçı hesab edir ki, manat 1.90 və ya 1.95 həndəvərində, hətta 2 manat psixoloji həddində sabitləşə bilər: "Yəqin ki bir müddətdən sonra biz yenidən manatın ucuzlaşmasını görəcəyik. Düzdür müəyyən bir dövrdə manatın sabitləşməsi labüddür. Ən azı bu ola bilsin ki, manat 1.90 və ya 1.95 həndəvərində, hətta 2 manat psixoloji həddində sabitləşə bilər. Amma bu müvəqqəti xarakter daşıyır. Proses daha çox manatın ucuşlaması istiqamətində gedəcək. Ən əsası yaxın dövrlərdə, ən azı 2017-ci ildə kəskin devalvasiya olmayacaq. Amma manatın ucuzlaşması prosesi davam edəcək. Təbii ki, bu yumşaq şəkildə olacaq”.

Samir Əliyev qeyd edib ki, dolların əhəmiyyətli dərəcədə ucuşlaması gözlənilmir: "Məsələn, 2016-ci ildə devalvasiyada 1.55-dən sonra dollar 1.49-a qədər ucuzlaşdı. Bu ucuşlaşma müvəqqəti oldu. İndi də ola bilsin ki, dollar 1.80 səviyyəsinə kimi ucuşlaşsın. Amma düşünmürəm ki, bu uzun müddətli olacaq. Hətta mən 1.80-a düşməsinə belə şübhə ilə yanaşıram. Əgər bu baş verəcəksə qısa müddətli olacaq.

Dolların manata olan məzənnəsi üçün 1.90 və ya 2 manat həddi interval olacaq. Yəqin ki, Novruz bayramına kimi Mərkəzi Bank çalışacaq ki, rəsmi məzənnə 2 manat həddini ötməsin”.

Sevinc Yasinqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi