Məhkəmə Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus radio ilə bağlı ekspertiza təyin etdi
Bakı Kommersiya Məhkəməsində “Xalq Bank” ASC-nin “Antenn” Müstəqil Teleradio Kompaniyasına (radio " Antenn" 101 FM) qarşı məhkəmə iclası davam etdirilib.
Məlumata görə, hakim Zaur Pirverdiyev sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.
Qeyd: “Xalq Bank” ASC “Antenn” Müstəqil Teleradio Kompaniyasını məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Xatırlatma: Mətbuatda “Antenn” Müstəqil Teleradio Kompaniyasının AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərilə bağlılığının olduğu yazılır. Bildirilir ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biri olub. Bu məlumat bu günə kimi təkzib olunmayıb.pravda.az