azia.az
azia.az

Sabiq məmur həbsdən çıxan oğluna 800 min dollarlıq hədiyyə etdi - FOTO

17-10-2024, 17:20

Şahmar İbadov həbsdən çıxan oğluna bahalı restoran hədiyə etdi

Nərimanov rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov paytaxtın mərkəzində oğluna bahalı restoran alıb.

Oxu24.com xəbər verir  ki, CityPost.az  yerli mediaya  istinadən   xəbər  verir  ki, Bakıda və onun ətraf qəsəbələrində  çoxsaylı ticarət və iaşə obyektlərinə sahib olan Şahmar İbadov paytaxtın Qış parkı ərazisində, Mirzəağa Əliyev 46 ünvanında növbəti “Paxlava” restoranını  açıb.

Sözügedən restoranın yerləşdiyi obyekt Şahmar İbadovun oğlu Elmar İbadov tərəfindən 800 min dollara alınıb.Bu haqda məlumatı Demokrat.az saytı yayıb.

Qeyd edək ki, əvvəllər həmin obyekt “Mandarin Baku” adı ilə fəaliyyət göstərib.

Citypost.az xatırladır ki, Şahmar İbadovun oğlu Elmar İbadov gündəmə törətdiyi ağır  avto qəza ilə gəlmişdi. 2017-ci ilin avqustunda Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçmışdı. Hadisə nəticəsində qadın vəfat etmişdi. Şahmar İbadov hadisəyə münasibət bildirərkən demişdi ki,qadının ölümünə səbəb oğlunun törətdiyi qəza yox, onun   ürək çatışmazlığından  əziyyət çəkməsi  olub.Guya qadın ağır xəsarətlərdən yox,həyəcandan ölüb.

Məhkəmənin hökmü  ilə  törətdiyi  ağır  cinayətə görə E. İbadov 5 il  müddətinə  azadlıqdan məhrum edilsə də, onun  barəsindəki cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Şahmar  İbadova yaxın  mənbələrdən  aldığımız  məlumata  görə, O, oğlu Elmirə “Paxlava”restoranını həbsdən azad olunmasına rəğmən hədiyyə edib. Məsələ ilə bağlı Şahmar İbadovla əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab  vermədi.

CityPost.az  yaxın günlərdə geniş araşdırma aparmaqla, Ş.İbadova məxsus ticarət,iaşə və istehsalat obyektlərinin siyahısını təqdim edəcək.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi