azia.az
azia.az

İsrail İrana zərbə endirəcək...

23-03-2023, 09:54

Tehran uranın zənginləşdirilməsində 60%-i keçərsə, İsrail İrana zərbə vura bilər.


"Report" xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli rəsmisinə istinadən Axios portalı məlumat yayıb.


Belə ki, İsrail ABŞ və bir sıra Avropa ölkələrini xəbərdar edib ki, Tehranın bu cür hərəkətləri Təl-Əvivi hərbi güc tətbiq etməyə təhrik edə bilər.


Portal digər rəsmi şəxsə istinadən qeyd edir ki, İran bu mövzuda İsrailin mövqeyindən xəbərdardır.


Öz növbəsində martın 17-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Chafi İsrail və Almaniyanın nüvə silahı əldə etməyə cəhdlə bağlı ittihamlarını rədd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi