azia.az
azia.az

“Ziya Məmmədov hazırda işdədir” - Namiq Həsənov

13-02-2017, 18:50

“Ziya Məmmədov hazırda işdədir” - Namiq Həsənov
“Qafqazinfo” xəbər verir ki, bu sözləri BakiPost.az-a açıqlamasında keçmiş Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.

O bildirib ki, sərəncamda göstərildiyi kimi 2 ay uyğunlaşma olacaq: “İndidən mən konkret nə isə deyə bilmərəm. Yeni nazirliyin yaradılmasını mətbuatdan oxumuşam. Ziya müəllim bu gün işdə olub. Hazırda da işdədir.

Ümumiyyətlə, cənab prezidentin sərəncamını şərh etmək mənim səlahiyyətimə aid məsələ deyil”.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirilib.

Sərəncama uyğun olaraq Ramin Quluzadə Azərbaycanın Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi