“Karlovun qətli münasibətlərin normallaşmasına qarşı təxribatdır”
“Ankaradakı səfirimiz Andrey Karlov alçaqcasına qətlə yetirilib”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Sözsüz ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər – beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi. Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb”, deyə Rusiya prezidenti qeyd edib.