azia.az
azia.az

"Utanmalı olduğunuz şey törətdiyiniz soyqırımı və qətliamlardır, biz torpaqlarımızı geri aldıq, bundan ancaq qürur duyarıq!" S.Bayraktar MİT-də işləyən müəllimə cavab verdi

18-01-2022, 08:44

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Massaçusets Texnologiya İnstitutunun professoru Maks Teqmarkın onunla bağlı səsləndirdiyi fikirlərinə cavab verib.

Xəbər verilir ki, Bayraktar bu barədə Tvitter hesabında paylaşım edib.

“MİT-də işləyən adını ilk dəfə eşitdiyim alim Qarabağ hərəkatı dönəmində bir müsahibədə “Selçuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq” deyib.

Utanmalı olduğunuz şey törətdiyiniz soyqırımı və qətliamlardır.

Biz torpaqlarımızı geri aldıq.

Bundan ancaq qürur duyarıq!”, - o qeyd edib.

Qeyd edək ki, S.Bayraktar MİT-də doktorantura təhsili alıb. O, buradakı təhsili müddətində pilotsuz helikopter sistemlərinə aqressiv manevrlər etmək imkanı verəcək avtomatik uçuş idarəetmə alqoritmləri sahəsində tədqiqatlar aparıb.
"Utanmalı olduğunuz şey törətdiyiniz soyqırımı və qətliamlardır, biz torpaqlarımızı geri aldıq, bundan ancaq qürur duyarıq!" S.Bayraktar MİT-də işləyən müəllimə cavab verdi

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi