azia.az
azia.az

Müdafiə Nazirliyi: Azərbaycan təmsilçiləri müsabiqədə 3-cü yerə çıxdı

2-09-2021, 12:35

Müdafiə Nazirliyi: Azərbaycan təmsilçiləri müsabiqədə 3-cü yerə çıxdı
"Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi başa çatıb.

Münsiflər heyətinin qərarına əsasən Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivi 17 ölkə arasında vokal ustalığında solo ifada 3-cü, xoreoqrafik duet rəqsində 2-ci, qrup rəqsində isə 3-cü yerə layiq görülüb.

Bundan əlavə, Azərbaycan təmsilçiləri Alabino hərbi poliqonunda "Dostluq Evi”ndə 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə 3-cü yerdə qərarlaşıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi