azia.az
azia.az

Paşinyan yolun 21 kilometrinin Azərbaycana aid olduğunu təstiqləyir

27-08-2021, 23:38

Paşinyan yolun 21 kilometrinin Azərbaycana aid olduğunu təstiqləyir
Paşinyan yolun 21 kilometrinin Azərbaycana aid olduğunu təstiqləyir
Bakı İrəvandan iki kənd də daxil olmaqla 21 kilometrlik Goris-Kapan yolunu Azərbaycan ərazisi olaraq rəsmən tanınmasını tələb edib. Ermənistanın "News.am" agentliyi yazır ki, bunu tanınmış erməni politoloq Stepan Danielyan bəyan edib.

Qeyd edək ki, Qarabağ münaqişəsi başlamazdan əvvəl bu ərazi Qubadlı rayonunun iki kəndi - Eyvazlı və Çaysemi də daxil olmaqla, Azərbaycanın inzibati ərazisinə daxil idilər. Beləliklə müharibədən sonra Azərbaycan qoşunları dövlət sərhədlərinə çatıb.



Goris-Kapan yolu
Paşinyan yolun 21 kilometrinin Azərbaycana aid olduğunu təstiqləyir
"Tələb yerinə yetirilib, və baş nazir Nikol Paşinyan hökumət iclasında bəyan edib ki, bu 21 kilometr Azərbaycanın ərazisidir. Eyni zamanda, o iki kəndin Azərbaycan adlarını çəkib", - Danielyan vurğulayır.

Xatırladaq ki, ərəfədə Azərbaycan Goris-Vorotan dövlətlərarası avtomobil maqıstralı ilə keçən Ermənistandan İrana gedən yolu bağlayıb. Bir neçə saat əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti yolun açıldığı barədə məlumat verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi