azia.az
azia.az

Yaxın Şərqə artıq Türkiyə nəzarət edəcək - Maniçça

18-08-2021, 14:58

Yaxın Şərqə artıq Türkiyə nəzarət edəcək - Maniçça
ABŞ-ın gedişindən sonra Əfqanıstandan Liviyaya qədər olan ərazidə yeni geosiyasi güc Türkiyə, Rusiya və Çin sayılır.

Azia.az xəbər verir ki, bunu italiyalı ekspert, Əfqanıstan hökumətinin keçmiş müşaviri Qabriyel Maniçça deyib. Onun sözlərinə görə, Kabilin taliblər tərəfindən ələ keçirilməsindən sonra ABŞ regiondakı son müttəfiqlərini də itirib:

“Böyük ehtimalla, taliblər iki istiqamətdə hərəkət edəcəklər. Bir tərəf dialoq aparacaq, digər tərəf keçmiş rejimlə kompromisləri məhv edəcək, qadınları qapalı yerdə saxlayacaq, ərazisində terror aparacaq. Hazırda əsas məsələ odur ki, taliblər Səudiyyə Ərəbistanı olmadan ölkəni idarə biləcəklərmi? ABŞ-ın Əfqanıstandan gedişindən sonra dünyanın bu hissəsində yeni geosiyasi kombinasiya formalaşacaq və yeni simalarla yeni ssenari işə salınacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi