azia.az
azia.az

Talibanın hakimiyyətə gəlişi ABŞ-la razılaşdırılıb

18-08-2021, 09:24

Talibanın hakimiyyətə gəlişi ABŞ-la razılaşdırılıb
Türkiyənin Əfqanıstandan qoşunlarını çıxarması gözlənilmir, çünki ona qarşı hər hansı aqressiv davranış sərgilənmir.

Azia.az xəbər verir ki, bu barədə Türkiyə-Əfqanıstan parlamentlərarası dostluq qrupunun üzvü İbrahim Aydın deyib.

O bildirib ki, hazırki Taliban 20 il öncə Əfqanıstanı idarə etmiş qruplaşmadan kəskin fərqlənir:

“Taliblər özləri də inanmırdılar ki, belə sürətlə Əfqanıstanı ələ keçirə bilərlər. Hesab edirəm ki, Talibanın hakimiyyətə gəlişi Əfqanıstanın istefa vermiş Prezidenti Əşrəf Qəni və ABŞ-la hər hansı şərtlər daxilində razılaşdırıb. Düşünürəm ki, hərbçilərini geri çəkmək qərarına baxmayaraq, Əfqanıstan indi ABŞ-ın nəzarəti altındadır. Vaşinqton hər hansı vəsait xərcləmədən ölkəni nəzarətdə saxlamağı hədəfləyir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi