azia.az
azia.az

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

30-12-2020, 20:18

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür


Azia.Az xəbər verir ki, Daha bir Yeni il. Ömrümüzün bir ili də bizi belәcә tərk edir. Köhnə ili isә qəmin, sevincin izi ilә yola salırıq. Bu gün hәm yeni 2021-ci ili qarşılayırıq, hәm dә millətimizin varlığının, qüdrətinin mühüm günü olan Dünya Azәrbaycanlılarının Hәmrәylik gününü keçiririk.

Yeni il gəlir yeni ümidlər, yeni arzularla. İnşallah, bütün ümidlərimiz və arzularımız çin olsun.

2021 yaşı olan Yeni il bayramı biz daha çox Dünya Azәrbaycanlılarının Hәmrәylik gününün yaranma tarixindәn danışmaq istəyirik.

Milli günlər və bayramlar xalqın yaşadığı mühüm hadisələrdən uğurla çıxdıqları günün şәrәfinə qəbul edilir. Millətin, dövlətin, vətənin ölüm-dirim savaşından başı uca, üzü ağ çıxan xalqlar bu qüruru, sevinci xatırlamaq, unutmamaq və gələcək nəsillərə ötürmək üçün o günü bayram olaraq keçirirlər. Bu günlərdə qaranlıqdan aydınlığa çıxışın verdiyi mənəvi zövq və özünə inam hisslərinin bəxş etdiyi xoşbəxtlik hakim olur.

27 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram olaraq qeyd edilir.

SSRİ-nin süqutunun son dövründə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyuldu. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə baş tutdu.

Beləliklə, 1992-ci ilin 31 dekabrından Dünya Azərbaycanlılarının Həmrəylik günü bayram olaraq qeyd edilir.
Bu günlər bacı-qardaşların daha çox əl-ələ verdiyi günə çevrilməli, iqbalımız yüksəlməli, düşmənlərimiz gücümüzün, qüdrətimizin qarşısında məhv olmalıdır.

Dünya Azәrbaycanlılarının Hәmrәylik günü bizi gecə-gündüz çalışmağa, elmə və müasir texnologiyaya yiyələnməyə, düşmən tapdağı altında olan müqəddəs torpaqlarımızı azad etmәyә, dilimizə vurulan qandalları sındırmağa çağırır.

Həmrəylik Günü bizi ayıq olmağa vә torpaqlarımızın kimlərin əli ilə işğal edildiyinin dərkinə çağırır.

Çanaqqalada şəhid olan, Şamaxı yolunda, Nardaranda, Çəmbərəkənd qəbristanlığında, Naxçıvanda əbədi uyuyan əsgərlərin ruhu bizim birliyimizi möhkəmləndirməyə, düşmənlərimizi yaxşı tanımağa və hәr zaman ayıq-sayıq və müdrik olmağa çağırır.

Unutmayaq ki, “Tarix ondan dərs götürməyən xalqlar qəbiristanlığıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi