azia.az
azia.az

Avqust ayında 190 manat birdəfəlik yardım veriləcək. Bəs, iyulda?

7-08-2020, 11:29

Avqust ayında 190 manat birdəfəlik yardım veriləcək. Bəs, iyulda?

Ödəmə sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda həyata keçiriləcək.

İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib ki, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin.

Azia.az yazır ki, bu fikirləri Qubad İbadoğlu öz araşdırmasında yazıb.
Bu müzakirədə iştirak edənlər heç biri iyul ayında da 190 manatlıq birdəfəlik yardımın ödənilməsini zəruriliyini qeyd etməyib. Necə ola bilər ki, aprel, may, iyun aylarından sonra avqust ödənilsin. Axı arada iyul qalır. İyulda karantin rejimi daha sərt olub.
Bundan əlavə hesab edirəm ki, avqust ayında bu ödənişin verilməsi biz tərəfdən davamlı aparılan müzakirələrin nəticəsidir. Eyni zamanda bu müşavirə göstərdi ki, 190 manatın veriılməsi də, verilməməsi də yalnız İlham Əliyevdən asılıdır. Göründüyü kimi, o şəxsən göstəriş verməzsə, hətta insanlar acından ölsə belə Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinin üzrəinə düşən funksiyanın icrası istiqamətində qorxusundan 1 addım belə ata bilməz. Nə isə buna da şükür, amma hesab edirəm ki, iyul ayının da ödənişi avqustla birlikdə verilməlidir və 190 manat yalnız sərt karantin rejimində olan şəhər və rayonlarda deyil, bütün Azərbaycanda yaşayan aztəminatlı işsizlərə ödənilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi