azia.az
azia.az

Xoşqədəmlə Doğuş sərt karantin rejimində rayonları necə gəzir?

7-07-2020, 13:20

Xoşqədəmlə Doğuş sərt karantin rejimində rayonları necə gəzir?

Ölkədə son iki ayda koronavirusa yoluxmanın artdığına görə, Baş Nazirin cümə günü imzaladığı qərarla Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadıldı. Sərt karantin rejimi müddətində, Bakı, Sumqayıt, Abşeron ərazisində qeydiyyatda olanların rayonlara gediş-gəlişi məhdudlaşdırıldı.

Ancaq buna baxmayaraq, bəzi məhşurlar sərt karantin rejimini pozaraq, rayonlara istirahətə yola düşürlər. Təbii ki, bu da insanların haqqlı narazılığına səbəb olur.

Azia.az xəbər verir ki, bu günlərdə teleaparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə birlikdə rayonların birində istirahət edir.

Teleaparıcının övladına aid sosial şəbəkə hesabında, istirahətlərini əks etdirən paylaşım etməsi izləyicilərinin diqqətindən yayınmayıb və aparıcının bu hərəkəti qınanılıb.

Xoşqədəmlə Doğuş sərt karantin rejimində rayonları necə gəzir?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi