azia.az
azia.az

Diana Ahadpur şəhidimizin 3 övladını himayəsinə götürdü - AÇIQLAMA

20-07-2020, 11:25

Diana Ahadpur şəhidimizin 3 övladını himayəsinə götürdü - AÇIQLAMA

Tanınmış azərbaycanlı iş qadını, blogger və dizayner Diana Ahadpur Azərbaycan Ordusunun şəhid olan əsgəri Sadıqov Vüqar Lətif oğlunun 3 övladını öz himayəsinə götürüb.

Azia.Az-ın məlumatına görə, Bu haqda o özü məlumat verib.
Diana deyib ki, şəhid ailəsinə dəstək olmaq onun vətəndaş borcudur: "Mən hər zaman, xeyriyyə işi ilə məşğul oluram. Sadəcə bunu reklam etməyi, böyütməyi sevmirəm.

Düşünürəm ki, əgər Allah mənə verirsə, mən də bunu bölüşməyi bacarmalıyam. Hazırda elə məqamdır ki, mən göz yaşlarımı saxlaya bilmirəm, neçə gündür ki, çox pisəm.

Əslinə qalsa mən digər ailənin övladını da himayəyə götürmək isdəyirdim. Hansı ki, 6 aylıq körpəsi var idi. Sonradan öyrəndiyim məlumata görə, artıq həmin uşaq himayəyə götürülüb. Bu məni çox sevindirdi.

Diana Ahadpur deyib ki, ona xeyli zəng gəlib: "Bayaqdan telefonum susmur. Hər kəs zəng edib maraqlanır, təşəkkür edir. Ancaq bu mənim borcumdur. Xüsusən də bu məqamda mən öz xalqıma dəstək olmalıyam”.

Qeyd edək ki, şəhidin ailəsi Ağstafa rayonu Yuxarı Göcəli kəndində yaşayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi