azia.az
azia.az

Mənzilləri olmadığı üçün şəhidin övladını evləndirə bilmirlər

28-08-2017, 17:45

Mənzilləri olmadığı üçün şəhidin övladını evləndirə bilmirlər



Bu şəhid atası Ucar rayon Ramal kənd sakini Məmmədov Fikrət Həbi oğludur.Oğlu Etimad Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək 1994-cü il tarixdə şəhid olub. Ailəli idi 2 övladı var.Şəhid atası Fikrət Məmmədov nəvəsi şəhidin övladı Ehtiramı evləndirmək istəyir.Ancaq evlərinin olmamasına görə arzusunu yerinə yetirə bilmir.Şəhid atası Fikrət kişi bildirir ki,Zərdab rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun qəbulunda olub ondan bizə növbədən kənar mənzil tikintisinin təmin edilməsinə köməklik etməsini xahiş etdim.Nazir mənə bildirdi ki, Ucar rayon icra başçısı buna görə mənə məktub yazsaın məmuniyyətlə təmin edərəm. Məni qəbul edən Ucar rayon icra başçısı ilk olaraq belə bir məktubun yazılmasına razılıq versədə sonradan bunun qanunsuz olmasını əsas gətirib yox cavabını verdi.Şəhid atası Fikrət kişi bildirir ki; "keçmiş nəqliyyat naziri Ziya Məmmədov onun qohumu olsada hər dəfə Bakı şəhərinə qəbuluna gedəndə müxtəlif bahanələrlə məni qəbul etməkdən yayındı.Ziya Məmmədovun vəzifəsi və imkanı olsada şəhid ruhunu sevindirmədi.Hansı ki, lazım olmayan utanc gətirən əməllərə küllü miqdarda pullar xərclədi.Oğlu Anar bir milyon ayı kəsilməsinə, 25.000 manat türk müğənnis Hadisəyə çanta , 70.000 manata AST Telmana tar hədiyyə etməsinə pullar xərcləsədə evsiz qalmış qohumu şəhid ailəsinə Allah rizasına bir mənzil tikmədi ki, bünki vaxtda bu savaba yazılardı həmçinin cəmiyyət tərəfindən alqışlanardı. İndi Ziya Məmmədov yox kimi bir şeydir.Onun vəzifədən çıxarılmasına ilk olaraq ucarlılar sevindi.Çünki bu adam öz doğulduğu rayonuna heç bir gün ağlamadı."

Bəli bu gün ucarlılar Ziya Məmmədovun imkanlarının məhdudlaşdırılmasına çox sevinirlər ki, buna əsas var.Ucar rayonunun Qazqumlaq və Çiyni kəndləri istisna olmaqla bütün kəndlərinin yolları tam yararsız bir vəziyyətdədir.Qzqumlaq bu despot Ziya Məmmədovun villaları olan öz kəndidir, Çiyni kəndinin yolunu isə iş adamı orada doğulmuş "Karvan" Ticarət Mərkəzinin sahibi olmuş mərhum Ağamirzə Əhədov inşa etdirlişdir.(Allah Ağamirzə kişiyə rəhmət eləsin) Ucarın Qradağlı, Alpoud, Qazyan, Xələc, Lək, Qulabənd, Küçəkənd, Təzə Şilyan, Rəstəcə və sairə kəndlərinin yolu yararsız bir vəziyyətdədir ki, buna görə şəxsən Ziya Məmmədov xəcalət çəkməlidir.
Bir neçə gün öncə ucarlı şəhid anası Ələkbərova Şahnaz Abbas qızının video çıxışını mətbuatda dərc etmişdim.Bundan sonra şəhid anasını keçmiş deputat Elton Məmmədovun rayondakı köməkçisi olmuş Ədalət Qəhramanov təcili çağıtdırır.Şəhid anası sevincək ora gedir elə bilir ki, Elton Məmmədov ona mənzil tikintisi üçün kömək edəcək.Ancaq Ədalət Qəhrəmanov onu acıqlı qarşılayıb şikayəti kimin hazırlayıb göndərdiyini soruşur.Əminliklə də deyir ki, bilirik bu video çıxışı jurnalist Fuad Hüseynov hazırlayıb.

Qeyd edim ki, ucarlı şəhid anası Şahnaz Ələkbərovanın evinin olmamasına, mənzil növbəsinin saxtalaşdırılmasına görə mətbuatda video müraciəti yayılmışdır.Şəhid anası həmin video müraciətdə qeyd edib kİ; "bir dəfə keçmiş deputat Elton Məmmədov Ucarda ev orderləri paylayan zaman ondan bizim ailəyədə ev verilməsini xahiş etdim məni bezdirmisiniz deyib polis çağıtdırıb qolumu burdurub məni döydürdü."
Ucar rayonunun H.Əliyev küçəsi 138 də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 4 mərtəbəli 32 mənzilli bina işnşa edilib 2006-cı il tarixdə istifadəyə verilmişdir.Həmin binadakı mənzillərin çoxu şəhid ailəsi, Qarabağ müharibəsi əlili olmayan şəxslərə pulla satılmışdır k, bunun təçkilatçısı bir başa Ziya Məmmədov olmuşdur.Bu faktın araşdırılmasına zərurət var.Çünki bu gün Ucarda çoxlusayda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri var ki, evsizdirlər kirayələrdə yaşayırlar.

Təklif edirəm ki, Ziya Məmmədova və onun yaxın qohumlarına məxsus olan Ucarın Qazqumlq kəndindəki, möhtəşəm villalar evsiz qalmış şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilsin və ya satılıb əldə olunacaq vəsait hesabına fərdi yaşayış mənzilləri inşa edilsin.

Fuad Hüseynov RegionXeberleri.com

Mənzilləri olmadığı üçün şəhidin övladını evləndirə bilmirlər
Mənzilləri olmadığı üçün şəhidin övladını evləndirə bilmirlər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi