Baş redaktor və ailəsi koronavirusa yoluxdu
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi koronavirusa yoluxub.
Azia.Az xəbər verir ki, bu barədə məlumatı jurnalist özü sosial şəbəkə hesabında paylaşıb.
Bildirib ki, artıq koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına o və ailə üzvləri də qoşulub:
“Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir. Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun”.