azia.az
azia.az

Bu gün 2 Milli Qəhrəmanımızın ad günüdür.... İbrahim Məmmədov, Riad Əhmədov....

21-12-2019, 02:22

Bu gün 2 Milli Qəhrəmanımızın ad günüdür.... İbrahim Məmmədov, Riad Əhmədov....
Məmmədov İbrahim İsmayıl oğlu 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olur. İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnir. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisəsinin dünyaya çatdırılmasında çox böyük işlər görmüşdür.

Döyüşlərdə iştirakı
İbrahim Məmmədov 1990-cı ildə AXC MK-sinin üzvü olur. Rusiyanın Moskva şəhərində və başqa regionlarda Qarabağda könüllü batalyonları silahlandırmaq üçün hərəkət edir. 1991-ci ilin dekabr ayından Azərbaycana gəlir. 1992-ci ildən "Boz Qurd" batalyonunda əməliyyatlara qatılır.
İbrahim Məmmədov 1993-cü ildə "Boz Qurd" batalyonu buraxılandan sonra Milli Ordu sıralarına yazılır və döyüşlərdə iştirak etməyə başlayır. Tezliklə Kəlbəcərə yollanır. 1994-cü il 16 fevral Kəlbəcər rayonunda qızğın döyüşlər gedirdi… İbrahim bu döyüşdə ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv etdi. İbrahim döyüşün qaynar nöqtələrindən birində idi, burada snayper gülləsi onu yaralayır cəsur döyüşçü bu yaradan da həlak oldu.

Ailəsi
Ailəli idi, iki övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir[1].

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
_________________________________________________________________________
Riad Əhmədov...
Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub.

R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.

1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.
Riad Əhmədov DTK-nın yeni yaradılmış xüsusi təyinatlı dəstəsində komndir müavini vəzifəsində olub
Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

R.Əhmədov 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində itkin düşmüşdür.

Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi