Türkiyəli nazir: “Orta Dəhliz”lə bağlı mühüm müzakirələr aparırıq”
“Orta Dəhliz”lə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – red) bağlı mühüm müzakirələr aparırıq”.
Xəbər verilir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
“Azərbaycanda xarici işlər nazirləri ilə səviyyəsində görüşümüz oldu, tezliklə Özbəkistana gedəcəyik. Biz orada potensialı artırmaq üçün çalışırıq. Çindən Avropaya 710 milyard dollarlıq ticarətdən logistika kimi yararlanmaq üçün ciddi danışıqlar gedir”, - nazir vurğulayıb.