azia.az
azia.az

“İnam-İnşaat 555” MMC dövlətin milyonlarını belə talayır… - Şirkəti Alı Alıyevlə nə bağlayır?

8-07-2022, 12:19

“İnam-İnşaat 555” MMC dövlətin milyonlarını belə talayır… - Şirkəti Alı Alıyevlə nə bağlayır?
Xatırlayırsınızsa, ötən gün yazmışdıq ki, 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın 11 şəhər və rayonunun ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Həmçinin də yazmışdıq ki, Ermənistan silahlı birləşmələrinin təcavüzünə məruz qalan rayonlar sırasında Beyləqan rayonuda yer alır. Və nəticədə 9 ev dağılıb, 50-dən çox tikiliyə zərər dəymişdir. Ziyan dəymiş tikililərin tikintisi və təmir-bərpa işlərini isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.
Düşmən təcavüzü nəticəsində evi dağılan sakinlərdən biri Beyləqan rayon sakini Məmmədov Raul Sevdiyar oğlu olmuşdur. Ki, onun Beyləqan şəhərindəki evi düşmənin raket hücumu zamanı tamamilə dağılmışdı. Hadisədən sonra müvafiq komissiya tərəfindən evə baxış keçirilmiş və yeni beşotaqlı evin tikintisinə başlanılmışdır.
Hətta xatırlayırsınızsa, ev sahibi işi keyfiyyətsiz və yarımçıq görən tikinti şirkətindən narazılıq da etmişdir. Öyrənmişik ki, həmin tikinti işlərini həyata keçirən şirkət məhz “İnam-İnşaat 555” MMC adlı şirkət olub. Yəni dövlətin milyonlarla vəsaitini bu şirkət və şirkətə rəhbərlik edən Nazim Hümbətov adlı şəxs mənimsəyib. Əvvəlcə “inam” adı ilə dövlətin inamını qazanaraq, sonradan milyonlarını mənimsəyən “İnam-İnşaat 555” MMC şirkətinin əsil məqsədi bu təyinat üzrə ayrılan dövlət vəsaitlərini mənimsəməkdən ibarətdir. Yəni ki, öhdəsinə götürdüyü tikinti işlərini olduqca kefiyyətsiz apararaq, materiallara “qənaət” etməklə ayrılan vəsaitlərin yalnız az bir hissəsini xərcləyir, yerdə qalan daha böyük hissəsini isə öz ciblərinə qoyurlar. İşin kefiyyətsiz aparılmasına etiraz edən vətəndaşlara isə “xoşun gəlmir, get şikayət elə” deyərək onlara ağır cavablar verirlər. Raul Məmmədov da həmin şəxslərdən biridir ki, şirkət tərəfindən haqsızlıqla üzləşdiyini deyir.
Şirkət vətəndaşa necə atıb…

R. Məmmədov deyir ki, təzə evin hasarını öz vəsaiti hesabına bərpa edib. Su, qaz, elektrik xətlərinin çəkilişi də onun öz üzərinə düşüb. Onun sözlərinə görə, tikinti şirkətinin rəhbəri Nazim Hümbətovla dəfələrlə tetefon əlaqəsi saxlayıb, işlərin kefiyyətli görülməsini tələb edib. “İnam-İnşaat 555” MMC –nin sahibi Nazim Hümbətov əvvəlcə ona narahat olmamasını, buna səbəb olacaq işlərin aradan qaldırılmasını desə də, lakin sonradan vədinə xilaf çıxıb.
Şikayətçi bildirir ki, təmir-tikinti – bərpa işlərini həyata keçirən şirkət – “İnam-İnşaat 555” MMC fəaliyyətlərində şəffaflığı, ictimai hesabatlılığı təmin etmirlər, hətta tikib təhvil verəcəkləri evin sahibi olacaq şəxsin özünü belə inşaat meydanına yaxın buraxmırlar ki, prosesi müşahidə etsin. Belə yəqin etmək olar ki, nə qədər və hansı keyfiyyətdə iş gördüklərini gizlədirlər. Təbii ki, normadan çox material sərf edib, tələb olunan standartdan artıq keyfiyyətdə səmərəli iş görsəydilər, gizlətməzdilər.
RealMedia.az-ın bu xüsusda apardığı araşdırmaları zamanı məlum olub ki, dövlət müharibə dönəmində evi uçub dağılmış vətəndaşlara standart fərdi evin tikintisinə orta hesabla 84,0 min manat pul ayırır. Lakin, görünən odur ki, “İnam-İnşaat 555” MMC adlı tikinti şirkəti həmin vəsaitin hamısını sənədlə silir də, de-fakto yalnız 30,0 – 40,0 min manatını təyinatı üzrə xərcləyir. Şirkət rəhbərindən təlimat alan iş icraçıları vəsaiti təyinatından yayındırıb mənimsəmək üçün hər vasitəyə əl atır, vətəndaşları aldadırlar ki, rəngləmə-suvaq işlərinin xərcini özünüz çəksəniz, sonradan şirkət olaraq həmin xərci qarşılayacaqlar. Ancaq sonda bütün xərclər vətəndaşa ödənilmir.
Raul Məmmədov onu da bildirir ki, bütün bunlar azmış kimi, indi də sənəd problemi ilə üzləşib. Hansı ki, həm torpağın, həm də evinin köhnədən bütün sənədləri, çıxarışı var. Ev dağılandan sonra konstruksiya dəyişikliyi olduğundan şirkət tərəfindən ona yeni sənədlər verilməlidir. Ancaq bu sənədləri də ala bilmir.
Vətəndaş bildirir ki, artıq şirkətin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə müraciət etmək qərarına gəlib. O, əmindir ki, şirkətin fəaliyyəti yoxlanılsa, kifayət qədər korrupsiya faktları aşkarlanacaq.
Qeyd edək ki, “İnam-İnşaat 555” MMC-nin əsil sahibinin Füzuli Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev olduğu bildirilir. Şirkətə rəhbərlik edən Nazim Hümətov isə Alı Alıyevlə qohumdur.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi