Benzin tapılmır: SOCAR isə inandırmağa çalışır ki...
Bir çox rayonda yanacaq qıtlığı yaşanır.
Əksər yanacaq doldurma məntəqələrində Aİ-92 markalı benzin bitib. Bir neçə gündür rayon ərazisində yaşayan sürücülər Aİ-92 markalı tapa bilmirlər. İsmayıllı, Tovuz kimi rayonlardan bununla bağlı şikayətlər davam edir.
Mövzu ilə Cebhe.info-ya açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli problemin olmasını inkar edib.
Onun sözlərinə görə, yanacaqdoldurma mərkəzlərində problem yoxdur: "SOCAR yanacaq doldurma mərkəzlərində elə bir problem yoxdur. Hər hansı çətinlik müşahidə olunmur. Yanacaq növləri adi qaydada satılır".
Qeyd edək ki, qurum tərəfindən məsələ təkzib edilsə də, "Xəzər Xəbər" ötən gün yanacaqdoldurma mərkəzlərindən çəkiliş etmiş və problemi işıqlandırmışdı.