Deputatın maaşı ilə ala bilmədiyi gilası satanlar: "Kim deyir qiymətlər qalxıb?" - VİDEOREPORTAJ
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də qiymətlərin artmasıdır.
Rusiya-Ukrayna müharibəsinin dünyada qida böhranını yaratması, infliyasiya faizlərinin artması, dünya bazarında baş verən hadisələr qiymət artımının yaşanmasına gətirib çıxardır.
Bununla yanaşı, süni qiymət artımlarını da görməzdən gəlmək olmaz. Bir çox işbazlar tərəfindən qiymətlər süni şəkildə artırılır, bu isə insanların haqlı narazılıqlarına səbəb olur.
Təsadüfi deyil ki, qiymət artımı ölkəmizdə ən çox müzakirə edilən mövzularından biridir. Millət vəkili Fəzail Ağamalının artımlarla bağlı fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb:
"Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?! Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmiş".
AZXEBER.COM olaraq deputatın ala bilmədiyi gilasın qiyməti ilə maraqlandıq. "Yaşıl Bazar"da apardığımız çəkiliş zamanı alıcıların şikayət etdiyi artım faktına satıcılar tamamilə əks mövqe göstərdi. Onların bir çoxu qiymətlərin əvvəlki aylara nisbətdə aşağı düşdüyünü deyib.
Həmin videoreportajı təqdim edirik: