"Azərbaycanın neft və qaz ixracından gəlirləri tarixdə ilk dəfə bərabərləşib" - Tahir Mirkişili
Bu ilin 5 ayında Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə bərabərləşib.
Bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu eyni zamnada qazın qiymətindəki sıçrayışla bağlıdır: “Tədiyyə balansında bu ilin ilk 3 ayında neftdən əldə olunan gəlir 3,8 milyard ABŞ dollara yaxınlaşsa da, qaz ixracından gəlirlər 3,5 milyard ABŞ dolara yaxın olub”.
Mənbə:My Webpage