Veysəloğlunun OBA-sında KÖHNƏ HAMAM, KÖHNƏ TAS... - GİLEY
"Veysəloğlu" MMC-yə məxsus olan "Oba" marketlər şəbəkəsi ilə bağlı ard-arda şikayətləri yayınlasaq da, açıqlanan faktlara nə münasibət öyrənə bilirik, nə də mövqe açıqlaması alırıq. Hər halda, görünəni odur ki, dia.az olaraq təqdim etdiyimiz vətəndaş şikayətlərinə və digər tənqid xarakterli faktlara qarşı tərəfin hansısa izahatı mövcud deyil.
Beləliklə, "Oba" market şəbəkəsi ilə bağlı növbəti şikayəti təqdim edirik:
""Oba" Marketlər şəbəkəsi kampaniya elan edib ki, guya 400-dən artıq məhsula 24.05.2022-06.06.2022 tarixlərində endirimlər tətbiq olunur". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mübariz Mirzəyev adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Bu gün (dünən -red.) Yeni Günəşli qəsəbəsində dörd "Oba" Marketə baş çəkdim, dörd adda məhsul axtardım, heç birində bu məhsullar olmadı. WhatsApp-da onlara yazıb səbəbini soruşuram, cavab vermirlər. "Oba" Market, sizə AR olsun!"
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage