azia.az
azia.az

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? - VİDEO

28-05-2022, 07:42


“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub.
Marketlərdə məhsulların qiyməti niyə yoxdur? -  VİDEO

Bu vəziyyətə Bakıdakı bir neçə iri marketdə rast gəldik. Məsələ ilə bağlı marketlərdən bildirildi ki, bu qeyd həmin piştaxtaya qoyulan məhsullara aid deyil. Belə ki, əslində orada başqa məhsul olmalı idi. Lakin hələ marketə gətirilmədiyindən onun yerində tezliklə təmin olunacağı ilə bağlı məlumat yerləşdirilib. Oraya qoyulan digər məhsulların qiymətinin niyə qeyd edilməməsi ilə bağlı suallarımız isə cavabsız qaldı. Piştaxtalarda qiymətlərin olmaması da təbii ki, alıcıları çaş-baş salır.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu istehlakçı hüquqlarının pozulması deməkdir və belə hallarla bağlı müraciətlər tez-tez olur.


Eyyub Hüseynov bildirir ki, istehlakçılar aldanmamaq üçün mütləq aldıqları məhsulun kassa çekinə diqqət etməlidirlər. Bu cür neqativ hallarla bağlı da aidiyyəti qurumlar tədbir görməlidir.


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Yusif Tapdıqlı da bildirdi ki, satışda olan bütün malların adı, növü, istehsal tarixi və qiyməti mütləq qeyd olunmalıdır. Əks halda həmin sahibkarlıq subyekləri cərimələnə bilərlər.



Qurum rəsmisi bildirib ki, belə hallarla qarşılaşan alıcıların 195-1 çağrı mərkəzi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi