Prezident ƏDV ilə bağlı qərarı təsdiqlədi - VİDEO
Prezident İlham Əliyev "fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu fərmanla fiziki şəxslər MTK-lardan aldıqlari evə və ya obyektə görə ƏDV-ni geri ala biləcəklər.
Tikinti şirkətindən mənzil və ya obyekt alarkən bundan sonra nağdsız alış-veriş alıcını qazandıracaq. Belə ki, yeni imzalanan fərmana əsasən ödənilən pulun 18 faizini geri almaq mümkün olacaq. Əmlak eksperti Nüsrət İbrahimov deyir ki, bu fərmandan yararlanmaq istəyənlərin bilməli olduğu məqamlar var. Yəni alıcı seçdiyi mənzilin mənsub olduğu MTK-nin qanuni olduğunu və digər məsələləri nəzərə almalıdır.
Bütün prosedurları qanuni şəkildə həyata keçirən alıcı evin və obyektin qiymətinin 18 faizini geri ala biləcək. Yeni fərman alıcılara faydalı olmaqla yanaşı iqtisadi cəhətdən də dövlət üçün faydalıdır.

Əmlak eksperti deyir ki, bu fərman iqtisadiyyatın şəffadflaşdırılmasına yönəlik bir addımdır.