azia.az
azia.az

Azərbaycanda avro rekord səviyyədə ucuzlaşdı - FOTO

28-04-2022, 17:35

Azərbaycanda avro rekord səviyyədə ucuzlaşdı - FOTO
Son zamanlar avro dollara nisbətən ucuzlaşmağa başlayıb.

Azia.az xəbər verir ki, son 12 ay ərzində Avropa valyutası dəyərinin 12%-ni itirib.

Bu, Azərbaycan manatı ilə müqayisədə də özünü büruzə verir. Belə ki, Mərkəzi Bankın bu günə olan məzənnəsində 1 avro 1,78 manata bərabərdir. Bununla da avronun məzənnəsi demək olar ki dollarla eyniləşməyə yaxındır.

Analitiklərin fikrincə, avronun qiymətdən düşməsi Avropa iqtisadiyyatının resessiya perspektivləri ilə izah olunur.

Bundan əlavə, ABŞ-ın inamlı iqtisadi fəaliyyəti investorların dollar yatırımlarına üstünlük verməsi ilə nəticələnib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi