azia.az
azia.az

Azərbaycanda bu il iki bankın ləğvetmə prosesi - YEKUNLAŞACAQ

11-04-2022, 11:47

Azərbaycanda bu il iki bankın ləğvetmə prosesi - YEKUNLAŞACAQ
Əmanətlərin Sığotalanması Fondu 2022-ci ildə 2 bankın ləğv prosesini yekunlaşdıracaq.

Bu barədə “Əmanətlərin Sığortalanması Fondu”nun İcraçı direktoru Tural Piriyev müsahibəsində məlumat verib.
O qeyd edib ki, hazırda ləğvetmə prosesi bitmək üzrə olan banklar mövcuddur. Bildiyiniz kimi bu günə qədər ləğvetmə prosesində olan 21 bankın heç birinin ləğvi başa çatmayıb. Biz ilkin olaraq “Borçalı Bank”ın ləğvetmə prosesini bu il ərzində yekunlaşdırmaq istəyirik. Bu bankla bağlı artıq bütün kreditor tələblər ödənilib. Bununla yanaşı ikinci olaraq “Azərbaycan Kredit Bankı”-nın ləğvetmə prosesinin yekunlaşdırılması planlaşdırılır. Bu bankda da demək olar ki,bütün kreditor tələblər ödənilmək üzrədir. “Azərbaycan Kredit Bankı”-nın ləğvetmə prosesində yalnız bir hal üzrə açıq kreditor tələbi qalıb. O tələbi də bu il ərzində bağlamağı düşünürük və ləğvetmə üçün məhkəməyə müraciət etməyi planlayırıq.

Tural Piriyev bu bankların ləğvetmə prosesinin yekunlaşmasının Azərbaycanın bank sektorunda bir ilk olacağını bildirərək "Bunu həyata keçirdiyimiz halda bu bir ilk olacaq. İlk iki bankın ləğvetmə prosesini yekunlaşdırmağa nail olacağıq. “Borçalı Bank” üzrə artıq ləğvetmə yekunlaşıb, bütün hüquqi sənədlərimiz tam şəkildə hazırdır."- deyə əlavə edib.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi