Gecə klubunda partlayış: General Bakıda yanğın təhlükəsizliyini kimlərə tapşırıb? - ADLAR
Xəbər verdiyimiz kimi, Səbail rayonunda yerləşən "Location" gecə klubunda baş verən partlayışa görə üç nəfər saxlalıb. Bunlar iaşə obyektini icarəyə götürmüş "Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi - klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi İdarəsinin inspektoru Ruslan Məmmədovdur. Məlum olub ki, "Location" gecə klubunun yerləşdiyi sahə üzrə yanğın nəzarətinə məhsul şəxs inspektor Ruslan Məmmədovdur.
Baş verən hadisə ilə bağlı 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı İlqar Əsgərov da hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovdur.
Generalın rəhbəri olduğu qurumun Bakı şəhəri üzrə 4 idarəsi mövcuddur:
1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi - Rəis polkovnik-leytenant Rauf Qurbanov
2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi - Rəis daxili xidmət polkovnik-leytenantı İlqar Əsgərov
3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi - Rəis daxili xidmət mayoru Mircavad Seyidov
4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi - Rəisi Səyavuş Qasımov
Mənbə:My Webpage