Əməkhaqqı 975 manat oldu
Bakı şəhəri üzrə bu ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 974,7 manat təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna paytaxtda orta aylıq nominal əməkhaqqı 948,9 manat olub.