Ukraynada dağıdılan evlər kirayə götürüldü
Dünyada kirayə ev xidməti verən, məşhur “Airbnb” şirkəti istifadəçiləri ilə Ukraynaya maraqlı üsulla yardım edib. Bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, istifadəçilər Ukraynaya getməsələr də, oradan ev kirayələyiblər.
Dünyanın müxtəlif ölkələrindən olan insanlar Kiyevdə dağıdılmış və boş qalan evləri 61 mindən çox gecəlik rezerv edib. Bu sifarişlərin ümumi məbləği təxminən 2 milyon dollar edib.