"DAD"dan işçilərə DADSIZ MÜNASİBƏT... - NARAZILIQ VAR!
Redaksiyamıza Quba rayonu Dəlləkli kəndində fəaliyyət göstərən “DAD” şirkəti ilə bağlı şikayət məktubu daxil olub.
Xəbərdə deyilir ki, bir qrup şikayətçinin iddialarına görə, şirkət rəhbəri işçilərin əmək haqqını verməkdən boyun qaçırır. Deyilənlərə görə şirkətdən söz verilmişdi ki, ən geci ötən ilin sonuna kimi bütün əmək haqları ödənilməli idi. Lakin bu günə kimi bir manat belə ödənilməyib. Əgər şikayətçilərin əmək haqları verilməsə onlar Bakı-Quba yolunu bağlamaq üçün qərar qəbul edəcəklər.
Əslində, sadə vətəndaşların məqsədi işləyib ailəyə çörək qazanmaqdır. Əfsüslər olsun ki, bəzi harınlanmış şirkət rəhbərləri sadə vətəndaşların hüquqlarını tapdalamaqla onları bir başa dövlətə və dövlət başçısına qarşı qaldırır.
Məsələ ilə bağlı “DAD” şirkəti ilə əlaqə saxlamaq istədik. Qarşı tərəfdən isə heç kim telefon zənglərimizə cavab vermədi.
Araşdırmalar davam edir.
Mənbə:My Webpage