Bakıda maaşlar artdı
Bakı şəhəri üzrə ötən ilin yanvar-noyabr aylarında işçilərin orta aylıq nominal əməkhaqqısı 938,4 manat olub.
"Margin.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, ötən ilin yanvar-noyabr aylarında işçilərin orta aylıq nominal əməkhaqqısı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,5% artıb.