azia.az
azia.az

Dollar gecə saatlarında bahalaşdı - DÜNYADA

28-01-2022, 11:29

Dollar gecə saatlarında bahalaşdı - DÜNYADA
Dünyanın əksər ölkəsində dolların qiyməti artıb. Buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsini sabit saxlaması olub.

Oxu24.com xəbər verir ki, FED uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

Təşkilatın məlumatında deyilib ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uzunmüddətli perspektivdə məşğulluğu təmin etmək və inflyasiyanı 2% həddində saxlamağa çalışır. Buna görə də Komitə federal fondlarda əsas faiz dərəcəsini 0-0,25% həddində saxlamağa qərar verib. İnflyasiyanın artması və əmək bazarının güclənməsi fonunda faiz dərəcəsinə yenidən baxıla bilər.

Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacaq.

FED-in iclasından sonra dollar əksər valyutalara qarşı bahalaşıb. FED sədri Cerom Pauellin gözlənilən faiz artımlarına işarə etməsindən sonra dollar bahalaşıb.

ABŞ dollarının indeksi yanvarın 27-də 0.26% artımla 96.655 bəndə yüksəlib. Bu da 2021-ci ilin 17 dekabrından bəri qeydə alınmış maksimal göstəricidir./publika.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi