azia.az
azia.az

İranın pulu çökdü: manat Tehranda rekord vurdu

6-12-2021, 11:43

İranın pulu çökdü: manat Tehranda rekord vurdu
İranın həyata keçirdiyi nüvə proqramı ilə bağlı Tehranda "Altılıq" (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Vyanada aparılan müzakakirələrin müsbət nəticələnməsinə ümidlərin azalması nəticəsində İranın milli valyutası olan rial ABŞ dollarına olan kursunda əsl "çökmə" yaşayır.

Rial tarixdə ən aşağı mübadilə səviyyəsinə çatıb.

Dünən İranın paytaxtı Tehrandakı banklarda və ümumiyyətlə, İranın valyuta baxarında 1 ABŞ dolları 30600 tümənə satılıb. Bu isə İran rialının tarixində ən aşağı kurs sayılır.

Milli.Az bildirir ki, İranda valyutalarla bağlı məlumat verən "Bonbəst" saytının məlumatına əsasən, bir İngilis funt-sterlinqi rial qarşısında 40 min 320 tümənə dəyişdirilib.

1 Azərbaycan manatı isə hazırda İranda 18010 tüməndir ki, bu da rekord göstəricidir.

İranın pulu çökdü: manat Tehranda rekord vurdu
Xatırladaq ki, bundan öncə sabiq prezident Həsən Ruhani hökuməti rialın ən aşağı həddə enməsində rekord qırsa da, hazırda bu rekordu İbrahim Rəisi hökuməti yeniləyib.

Rialın devalvasiyası istehlakçıların alıcılıq qabiliyyətinin azalmasına və idxal olunan malların qiymətinin artmasına səbəb olur.

Sonucda İranda onsuz da yüksək səviyyədə olan inflyasiyanın hiperinflyasiyaya çevrilmək təhlükəsinin reallaşması istisna edilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi