Yaşayış minimumu 210 manat olacaq
Yaşayış minimumunun həddi 2022-ci ilin dövlət büdcəsində 210 manat məbləğində müəyyən edilir.
"Azia.az " xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Yaşayış minimumu bu il 196 manat olub.
Əlavə edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilib.