Saxta qızılı orijinaldan belə ayırmaq olar - VİDEO
Qızıl bazarda saxta məhsulların olduğu iddia edilir. Bunu bazarda fəaliyyət göstərən satıcılar və zinət əşyaları alan alıcılar da təsdiq edirlər.
Bəs qızılda əyar saxtakarlıqlarına necə yol verilir? Zinət əşyaları alarkən nələrə diqqət etmək lazımdır?
"Xəzər Xəbər"ə istinadən məlumata görə, saxta qızılları xalis məhsuldan ayırd etmək bəzən çox çətin olur. Bu da adətən onunla izah edilir ki, saxtaları orijinalından fərqlənmir. Ancaq xırda nüansları bilməklə aldanmamaq mümkündür.
Satıcılar bildirirlər ki, qızıl alarkən insanlar bir çox məsələdə aldadıla bilərlər. Belə saxta məmulatlar daha çox sexlərdə hazırlansa da, zavod məhsulu kimi alıcılara təklif olunur. Digər bir aldatma tələsi isə qızılın tərkibinə əlavə olunan qatqılarla bağlıdır. Çəkisini ağır göstərmək məqsədilə tərkibinə ağır metallar, daha çox isə mis qatırlar.
Bəzi alıcılar isə qızıl alarkən öz təcrübələrinə etibar etdiklərini, qiymət fərqinə baxaraq yaxşı qızıl aldıqlarını deyirlər.
Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev deyir ki, əsas problem qızılın əyarı ilə bağlıdır.
Toğrul Abbasquliyev istehlakçılara bu kimi dəyərli məhsulları tanınmış və etibarlı mağazalardan almağı tövsiyə edir.