azia.az
azia.az

Azərbaycan bu sahə üzrə ixracı 12 dəfədən çox artırdı

21-08-2021, 18:06

Azərbaycan bu sahə üzrə ixracı 12 dəfədən çox artırdı
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 11 min ABŞ dolları dəyərində ipək idxal edib.

Azia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 min ABŞ dolları (2,8 dəfə) azdır.

Yeddi ay ərzində Azərbaycanın ipək ixracının dəyəri isə 2,022 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 1,859 milyon ABŞ dolları (12,4 dəfə) çoxdur.

Hesabat dövründə ipək üzrə idxal Azərbaycanın ümumi idxalının 0 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi