Filiz yataqları 30 il müddətinə Türkiyə şirkətlərinə verildi
Sənəddə filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı nəzərdə tutulub. Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqları 30 il müddətinə Türkiyə şirkətlərinə verilib. Bu barədə Prezident İlham Əliyev mayın 29-da sərəncam imzalayıb.
Sənəddə Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı qeyd olunub.
"Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilsin", - sərəncamda bildirilir.
Sərəncamda həmçinin yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısı ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalanması əskini tapıb.