azia.az
azia.az

Əkinçilik ET İnstitutunda “Hibrid qarğıdalı seleksiyasında in vivo Double haploid texnikası” mövzusunda konfrans keçirilmişdir

27-12-2019, 22:38

Əkinçilik ET İnstitutunda “Hibrid qarğıdalı seleksiyasında in vivo Double haploid texnikası” mövzusunda konfrans keçirilmişdir
Əkinçilik ET İnstitutunda “Hibrid qarğıdalı seleksiyasında in vivo Double haploid texnikası” mövzusunda konfrans keçirildi. Konfransda Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Türkiyə Respublikasının Doğu Akdeniz Tarımsal Araştırma İnstitutunun direktor müavini, ekspert İbrahim Cerit, Türkiyə Respublikasının Doğu Akdeniz Tarımsal Araştırma İnstitutunun mütəxəssisi, ekspert Gönül Cömertpay, Tərəvəzçilik, Üzümçülük və Şərəbçalıq Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Əkinçilik ET İnstitutunun direktoru, “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsinin rəhbəri Cavanşir Təlai çıxış üçün sözü Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdova verdi. İ.Cümşüdov konfransın işinə uğurlar arzulayaraq bildirdi ki, ölkədə kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranır. İ.Cümşüdov eyni zamanda vurğuladı ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov ölkədə toxumçuluq sektorunun müasir tələblərə cavab verən yeni texnologiyaların tətbiqi əsasında inkişaf etdirilməsini, həmçinin keyfiyyətli toxumlara olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi məsələlərini diqqət mərkəzində saxlayır.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai layihənin həyata keçirildiyi 6 ay ərzində görülmüş işlərdən, layihənin əhəmiyyətindən ətraflı olaraq bəhs etdi.Əkinçilik ET İnstitutunda “Hibrid qarğıdalı seleksiyasında in vivo Double haploid texnikası” mövzusunda konfrans keçirilmişdir
Türkiyə Respublikasının Doğu Akdeniz Tarımsal Araştırma İnstitutunun direktor müavini, ekspert İbrahim Cerit “Double haploid texnikası” mövzusunda, Türkiyə Respublikasının Doğu Akdeniz Tarımsal Araştırma İnstitutunun mütəxəssisi, ekspert Gönül Cömertpay “Molekulyar markerlərin bitki seleksiyasında istifadəsi” Əkinçilik ET İnstitutunun “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi, “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsinin əsas icraçısı Həlimə Məmmədova “Azərbaycan-Türkiyə birgə əməkdaşlığında ölkədə hibrid qarğıdalı seleksiyası və toxumçuluğunun yeni innovativ üsullarla təşkili” mövzusunda maraqlı təqdimatlarla cıxış etdilər. Sonda “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsinin rəhbəri Cavanşir Təlai hibrid qargıdalı toxumçuluğunun və layihənin ölkə üçün əhəmiyyətindən bəhs edərək, “Doubl haploid” texnikasının üstünlükləri və gələcəkdə bu üsulla fermerlərin hibrid toxumları ilə təmin edilməsi məsələsinə də toxundu.
Layihə çərçivəsində müzakirələr aparıldı. Konfransın sonunda Əkinçilik ET İnstitutunun direktoru, “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsinin rəhbəri Cavanşir Təlai tərəfindən uğurla başa çatmış “Hibrid qarğıdalı toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi çərçıvəsində göstərdiyi elmi dəstəyə və xidmətlərə görə layihənin icrasını həyata keçirən ekspertlər İbrahim Ceritə və Gönül Cömertpaya “Təşəkkürnamə” və hədiyyələr təqdim edildi, ən yaxşı beynəlxalq ekspert adına layiq görüldülər. Əkinçilik ET İnstitutunda “Hibrid qarğıdalı seleksiyasında in vivo Double haploid texnikası” mövzusunda konfrans keçirilmişdir“Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsinin rəhbəri Cavanşir Təlai Azərbaycanda hibrid qarğıdalı toxumçuluğu layihəsinin uğurlu nəticələrinə görə “Ən yaxşı layihə lideri”, layihənin əsas icraçısı Həlimə Məmmədova isə Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili layihəsinin uğurlu nəticələrinə görə “Layihənin ən yaxşı icraçısı” adına layiq görüldülər. Sonda xatirə şəkilləri çəkildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi