azia.az
azia.az

"Yuventus"da ara qarışdı - Ronaldu oynamaqdan imtina etdi

23-08-2021, 11:26

"Yuventus"da ara qarışdı - Ronaldu oynamaqdan imtina etdi
"Yuventus"dan ayrılmaq istəsə də, gedişi alınmayan Kriştianu Ronaldu komandada gərginliyə səbəb olub.

Azia.az xəbər verir ki, portuqaliyalı ulduz ötən gün "Udineze" ilə oyunun start heyətində yer almaqdan imtina edib. Bu barədə "Sky İtalia" məlumat yayıb.

Baş məşqçi Massimiliano Allegri Ronaldunu start heyətində meydana buraxmaq istəyib. Lakin futblçu bundan imtina edib və oyuna ehtiyat oyunçular skamyasında başlayıb. 60-cı dəqiqədə isə Alvaro Maratranın yerinə meydana çıxıb.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə yekunlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi