Hacı Əliyevlə Mariya Stadnikin rəqibi bəlli oldu
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.
Azia.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Stadnik ilk görüşünü 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşa qaşrı keçirəcək.
65 kq-da mübarizə aparan Hacı Əliyev seneqallı Adama Diatta ilə güləşəcək. Şərif Şərifov (97 kq) isə rusiyalı Abdulrəşid Sadullayevin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq.