azia.az
azia.az

Qardaşlar arasında qanlı dava-DƏHŞƏTLİ OLAY...

13-04-2025, 13:01

Bakıda iki qardaş arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib.

Xəbər verilir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib. İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə qardaşı, 2009-cu il təvəllüdlü Elnur Elman oğlu Mustafayev arasında mübahisə düşüb. Münaqişə nəticəsində hər iki şəxs bir-birini bıçaqlayıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıblar.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Samir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi