azia.az
azia.az

Maskalı idmançı deputat seçildi - İclaslara da maska ilə qatılacaq - FOTO

Bu gün, 10:42

Yaponiyada ilk dəfə 52 yaşlı peşəkar güləşçi Billyken Kid şəhər şurasına deputat seçilib. O, seçkilərdə 4040 səs toplayaraq 37 namizəd arasında birinci yeri tutub.

Amma onun deputat seçilməsindən sonra maraqlı mübahisə başlayıb: Məclisə maska ilə gəlmək olarmı?

"Bakupost" xəbər verir ki, Şura üzvləri onun maska ilə iclaslarda iştirak etməsinə icazə veriblər. Bir şərtlə: iclas zalına girməzdən əvvəl sədr onun üzünü görüb şəxsiyyətini təsdiqləməlidir. Güləşçinin sözlərinə görə, maskanı taxanda özünü daha inamlı və diqqətli hiss edir.

Aygün M
BakuPost


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi