Mafiya liderini söyən şəxsin xəstəxanadan meyiti çıxdı (VİDEO)
Ümraniyə şəhərində küçənin ortasında silahlı hücuma məruz qalan Cenk Çelik müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o dəfn olunması üçün Ədliyyə Tibb Qurumundan ailəsinə təhvil verilib.
Məlumatda qeyd edilib ki, Sentyabrın 17-si şənbə günü Ümraniyedə Cenk Çelikə yaxınlaşan şəxs ona əlindəki silahdan bir neçə dəfə atəş açıb. Başından 2 güllələnən Cenk Çelik ağır yaralı halda xəstəxanaya çatdırılıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.
Ərazidəki müşahidə kameralarını izləyən polis əməkdaşları hadisəni törədən şəxsin 19 yaşlı Özgür B. olduğunu təsbid ediblər. O Ədirnədən xaricə qaçmaq üzrəykən saxlanılıb.