Goranboy sakini partlayış zamanı xəsarət alıb.azia.az APA-ya istinadən xəbər verir ki, Baxçakürd kənd sakini, 1970-ci il təvəllüdlü Namiq Nəzərov avtomobilinin akkumulyatorunu benzinlə yuyarkən partlayış baş verib.
Nəticədə N. Nəzərov əlin və üz nahiyəsinin 1 və 2-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin normal olduğu bildirilir.