azia.az
azia.az

"Çölə çıxdım, dedilər ki, direktoru silahla vurub" - VİDEO

9-10-2021, 08:57

"Çölə çıxdım, dedilər ki, direktoru silahla vurub" - VİDEO
Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru iş otağında öldürülüb. Hadisəni mərkəzin mühasibi törədib. Cinayət şəxsi münasibətlər zəminində baş verib.


Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru öldürülüb.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, bu gün saat 13 radələrində Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin mərkəzin direktoru, 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla məlum olub ki, qeyd edilən mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirib.



Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi