azia.az
azia.az

İlham Əliyev Xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib

29-03-2016, 12:15

İlham Əliyev Xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veribər.
Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi