Aytən Niftəliyevanın qətlində şübhəli bilinən həyat yoldaşı: "Faktla danışacağam" - FOTO
Ötən gün Bakıda Niftəliyeva Aytən İlham qızının 1 yaş yarımlıq qızı Niftəliyeva Tahirə Rəhman qızı ilə birgə özünü binadan atdığı barədə məlumatlar gündəmi zəbt edib. Aytən Niftəliyevanın ölümündə günahlandırılan həyat yoldaşı Rəhman Niftəliyev sosial şəbəkədə açıqlama verib.
Azia.az-ın məlumatına görə, o, uşağının qatilllərinin cavab verəcəyini deyib:
"Bu gün axşam Ceyhun Süleymanov, İlkin Süleymanov, Orxan Süleymanov və Mehriban Süleymanovanın uşaq cinayətində danışdıqlarının yalan olduğu, mənim orada olmadığım barədə faktlar tədqim edəcəyəm. Uşağımın qatillərini ifşa edəcəyəm. Onlardan danışdıqları haqqında fakt istəyin. Faktları yoxdur, amma mən onlarla faktla danışacağam".
Qeyd edək ki, Ceyhun Süleymanov, İlkin Süleymanov, Orxan Süleymanov Aytən Niftəliyevanın qardaşları, Mehriban Süleymanova isə onun anasıdır.